"Azərbaycanın özünəməxsus sistemi yaradılmalıdır"

"Azərbaycanın özünəməxsus sistemi yaradılmalıdır"

“Əmək pensiyaları ilə bağlı staj amnistisiyası cəmiyyət tərəfindən alqışlanır. Lakin ölkəmizdə nazir dəyişəndə pensiya sistemində də köklü dəyişikliklər edilir. Bu baxımdan sbit pensiya siteminin tətbiq edilməsini istəyirəm”. SİA-nın xəbərinə görə, bunu Milli Məclisin deputatı Zahid Oruc parlamentin bu gün keçirilən plenar iclasında çıxış edərkən deyib.

O bildirib ki, pensiya sistemi ilə bağlı Azərbaycanın özünəməxsus sistemi yaradılmalıdır: “Çünki, başqa ölkələrin sistemi bizdə uğurla çalışmaya bilər. Bu məsələ ilə bağlı geniş ətraflı təhlillər aparılamalıdır”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə