İnternet nəhəngi Google Nyu-Yorkdakı ofisini genişləndirib. SİA-nın xəbərinə görə, şirkət 8-ci avenyu küçəsində yerləşən iri ofis binalarından birini 1,8 milyard dollara alıb.
ABŞ qanunvericiliyinə əsasən, Google vergi tutumu kimi Nyu-York şəhərinə 46,5 milyon, Nyu-York ştatına isə 7 milyon dollara yaxın rüsum ödəməlidir.
Qeyd edək ki, 2006-cı ildən bu binanın bir hissəsi Google şirkətinə məxsus olub. Burada 35 ölkədən olan 2000-dən çox əməkdaşı fəaliyyət göstərib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB