Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) Neftçala rayon Mirqurbanlı kəndinin bir qrup sakini adından "Azər-Yod" MMC-yə məxsus Neftçala yod zavodunda xlorun, kükürd qazlarının, yod və sulfat turşularının atmosferə buraxılması, eləcə də zavodun yod yatağında hasil olunan yodlu suyun nəql olunan boru xəttindən torpağa sızaraq törətdiyi şoranlaşma ilə əlaqədar daxil olmuş şikayət məktubu daxil olub.
ETSN-in mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları, "Azər-Yod" MMC-nin icraçı direktoru A.Abdullayevin və şikayətçilərin iştirakı ilə yerində araşdırılıb.
Aparılan araşdırma zamanı müəssisədə yod emalı prosesində atmosferə xlorun, kükürd qazlarının, yod və sulfat turşularının buraxılması hallarının olmadığı, lakin "Azər-Yod" MMC-nin Neftçala yatağının 954, 712, 904, 982, 961 və 962 saylı quyularından çıxarılan yodlu suyun toplandığı 80 saylı çənin ətrafına mədən suyunun sızması müəyyən edilib.
Qeyd olunan faktla bağlı Nazirliyin əməkdaşları tərəfindən akt tərtib edilmiş, çatışmazlıqların aradan qaldırılması məqsədi ilə "Azər-Yod" MMC-nin rəhbərliyinə icrası məcburi olan müddətli "məcburi göstəriş" verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB