Səudiyyəli jurnalist Camal Kaşıkçının işi üzrə audioyazı həqiqətən də mövcuddur. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Kanadanın baş naziri Castin Trüdo bəyanat verib.
Onun sözlərinə görə, Kanadanın xüsusi xidmət orqanları səs yazıları ilə tanış olublar. Daha öncə ərəb KİV-ləri Kaşıkçının qətlə yetirildiyi anının audioyazısının olduğunu yazıblar. Jurnalist həmin vaxt deyib ki, boğulur.
Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan isə bəyan edib ki, bu audioyazını digər ölkələrin təmsilçilərinə göndərib ki, birgə araşdırma aparılsın.
Xatırladaq ki, Canal Kaçıkçı ötən ayın əvvəlində Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğundan yoxa çıxıb. Sonradan isə onun konsulluq nümayəndələri ilə baş vermiş mübahisəsi səbəbindən qətlə yetirilməsi barədə müxtəlif versiyalar irəli sürülmüşdü.
Hazırda bu iş üzrə 18 nəfər saxlanılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB