Milli Məclisdə büdcə müzakirələrinin 3-cü günü

Milli Məclisdə büdcə müzakirələrinin 3-cü günü

Milli Məclisin komitələrində büdcə müzakirələri davam etməkdədir. SİA-nın xəbərinə görə, bu gün Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu, İnsan hüquqları, Gənclər və idman, Regional məsələlər və Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə iclasında büdcə zərfinə daxil olan qanun layihələri müzakirə olunur.

İclasda maliyyə naziri Samir Şərifov, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov, Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, Ombudsman Elmira Süleymanova və digrələri iştirak edir.

Xatırladaq ki, Büdcə zərfi komitələrdə müzakirə edildikdən sonra layihənin parlamentin plenar iclasına tövsiyə olunacağı gözlənilir. Daha sonra isə sənədlə bağlı noyabrın 13-14-15-23-30-da parlamentin plenar iclaslarının keçirilməsi və büdcə zərfinin 3 oxunuşda qəbul edilməsi nəzərdə tutulur.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə