"Darvinizmin Bəşəriyyətə Gətirdiyi Bəlalar və Həll Yolu-Quran Əxlaqı" mövzusunda konfrans keçirilib
Dekabrin 19-da Gənclərin Mənəvi İnkişafı İctimai Birliyi (GMİİB) tərəfindən "Darvinizmin Bəşəriyyətə Gətirdiyi Bəlalar və Həll Yolu-Quran Əxlaqı" mövzusunda konfrans keçirilib. Tədbirdə GMİİB-in sədri Ramiz Vəliyev, mühazirəçilər və digərləri iştirak ediblər.
Darvinizmin əsassız olduğu elmi cəhətdən qəti şəkildə sübut edilsə də, müasir dövrdə bir çox alim, siyasətçi, mütəfəkkir bu ideologiyanı müdafiə edir. SİA-nın məlumatına görə, konfransın keçirilmə məqsədi də darvinizmin qaranlıq tərəflərini görmədən onu müdafiə edənlərə əslində nəyə dəstək verdiklərini nəzərə çatdırmaq və həqiqətlərə əhəmiyyət vermədikcə daşıdıqları məsuliyyəti izah etməkdir. Bununla yanaşı, digər bir məqsəd isə darvinizmə inanmayan, ancaq darvinizmi bəşəriyyət üçün təhlükə olaraq görməyənləri də xəbərdar etməkdir.
Darvinizmin səbəb olduğu bəlaların, zülmün, ədalətsizliyin, müharibə və qarşıdurmaların qarşısının alınmasının isə bir yolu var: Quran əxlaqı. Konfransda həmçinin təkamül nəzəriyyəsinin əsassızlığını sübut edən və canlıların qətiyyən təkamül keçirmədiklərinə dəlil kimi milyonlarla yaşı olan fosillər (daşlaşmış canlı qalıqları) nümayiş etdirilib. Bu daşlaşmış heyvan və bitki qalıqları canlıların təkamül keçirmədiklərini, Allah tərəfindən necə yaradılıblarsa o şəkildə dəyişmədən qaldıqlarını göstərir.
Qeyd edək ki, tədbirə Türkiyənin Elmi Araşdırmalar Vəqfinin nümayəndəsi Dr.Oktar Babuna da canlı bağlanaraq tədbir iştirakçıları tərəfindən ona ünvanlanan sualları cavablandırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB