"Yanlış məlumatlandırma siyasəti - müasir dünyada sabitliyə təhdid" İşçi Sessiyası

"Yanlış məlumatlandırma siyasəti - müasir dünyada sabitliyə təhdid" İşçi Sessiyası

VI Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində AZƏRTAC-ın təşkilatçılığı ilə "Yanlış məlumatlandırma siyasəti-müasir dünyada sabitliyə təhdid" mövzusunda işçi sessiyası işə başlayıb. SİA-nın xəbərinə görə, sessiyada cəmiyyətin yanlış məlumatlandırılmasının ağır fəsadları, bunun bütün dünyada sülh və sabitlik üçün yaratdığı təhlükələrlə bağlı məruzələr dinləniləcək, diskussiyalar aparılacaq, suallar cavablandırılacaq.

Sessiya Rusiya Federasiyasının TASS Agentliyinin direktorunun birinci müavini, Dünya Xəbər Agentlikləri Konqresi Şurasının vitse-prezidenti Mixail Qusmanın moderatorluğu ilə keçirilir. Birinci hissədə AZƏRTAC-ın İdarə Heyətinin sədri, OANA-nın prezidenti Aslan Aslanov giriş nitqi ilə açıb. Qeyd edək ki, yekunda müzakirə olunan məsələlərə münasibət bildiriləcək,yanlış məlumatlandırma siyasətinin fəsadlarının minimuma etdirməklə bağlı KİV üzərinə düşən vəzifələr barədə fikir mübadiləsi aparılacaq.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə