"Multikulturalizm siyasəti cəmiyyətdə sabitliyin təminatı amili kimi" PANEL

"Multikulturalizm siyasəti cəmiyyətdə sabitliyin təminatı amili kimi" PANEL

VI Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində keçirilən "Multikulturalizm siyasəti cəmiyyətdə sabitliyin təminatı amili kimi" adlı panel keçirilib. Paneldə çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə bildirib ki, dünyanın siyasi iqtisadi narahat gündəmə yaşadığı dövrdə, multikultural ənənələr diyarı olan Azərbaycan dövləti tərəfindən bütün xalqlarpn yaşamasına şərait yaradılıb.

O bildirib ki, şükürlər olsun ki Azərbaycanda daxili sabitlik mövcuddur. Burada siyasi iradə böyük önəm daşıyır: Humanitar forumların ənənəvi olaraq Bakıda keçirilməsi çox böyük əhəmiyyət kəsb edir. Qoy Azərbaycanın səyləri dünyamıza sülh gətirsin".

Daha sonra çıxış edən Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib ki, Azərbaycan xalqının məskunlaşdığı Qafqazda zərduştluk, tanrıçılıq, xristianlıq, yəhudilik təşəbbüs tapmışdı: "Alban icması bu gün də mövcuddur. Ölkə başçısının bu gün Forumda çıxışında bununla bağlı məqamlara toxunuldu. Ölkəmizdə Xəzər Xaqanlığı adlı dövlət olub. Onun dini yəhudilik olub. Bu baxımdan ölkəmizdə birgə yaşayış məsəli tarın mövcud olub. Xalqımız bu mühitə alışıb, bu günə kimi davam edib. Qonaqpərvərlik, alicənablıq bizim dəyərlərimiz olaraq nəsillərə ötürülüb. Bu gün Ermənistan ölkəmizin torpaqlarını işğal etsə də, erməni kilsəsi fəaliyyət göstərir. Sovet dövründə kommunist rejimi altında olan da dəyərlərimiz qorunub saxlanıb".

Komitə sədri söyləyib ki, Azərbaycan əhalisinin 96 faizi müsəlman olsa da, digər dinlərı hörmətlə yanaşılır: "Azərbaycan müsəlman dünyada yeganə ölkələrdən biridir ki Roma Papası ölkəmizdə səfərdə olanda həm sinaqoqa gedib, həm Heydər Məscidində olub. Bunun özü ölkəmizin tolerantlıq mühitinin nümunəsidir. Mən konfransın işinə uğurlar arzu edirəm. Yeni dünyanın xilası multikulturalizmdən keçir".

Panelin davamında çıxış edən Hindistanın "Art of Living Fondu"nun mənəvi rəhbəri Sri-Sri Ravi Şankar söyləyib ki, təbiət müxtəlifliyə valehdir: "Hindistan dünyanın ən qədim ölkələrindən biridir. Azərbaycan da multikulturalizm ənənələrinə görə dünyaya nümunədir. Bütün din nümayəndələri bu ölkədə çiyin-çiyinə yaşayır, fəaliyyət göstərir. Biz də bu müxtəlifliyi təqdir edib, sevməliyik. Azərbaycan Prezidenti böyük təşəbbüsü öz üzərinə götürərək dünyada sülhü, multikulturalizmi təbliğ edir. Yaşadığımız dünyada müxtəlif müdiriyyəti, geyimləri, texnologiyalatı qəbul edirik. Bizim multikulturalizmdə də belə bir olmalıyıq. Multikulturalizm mənsubiyyəti itirmir, əksinə digər ənənələrə mehriban yanaşma tərzi sərgiləyir".

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə