Azərbaycan Misirlə dost və qardaş ölkədir . SİA-nın məlumatına görə, bunu Misir parlamentinin sədrinin birinci müavini Mahmud Əş-Şərif deyib.
Misir xalqının salamlarını Azərbaycan xalqına və hökumətinə çatdırdıqlarını deyən M.Əş-Şərif qeyd edib ki, hər iki dövlət arasında əlaqələri yüksək səviyyədə inkişaf etdirmək üçün çoxlu gözəl protokollar və planlar var.
Humanitar forumda iştirakından da danışan M.Əş-Şərif əlavə edib ki, bu forum dünyadakı qlobal problemlərin həlli, eyni zamanda insanlığa dəstək baxımından çox faydalıdır: "İnanıram ki, böyük tarixi olan bu iki dövlət humanitar sahədə, dünyada sülhün bərqərarı üçün böyük işlər görə bilərlər. Biz çox istərdik ki, Misirdəki Məhəmmədəli adlı çox böyük saray Azərbaycan tərəfi, xüsusilə Heydər Əliyev Fondu tərəfindən yenidən bərpa olunsun. Bu, mədəniyyət sahəsində əlaqələrin inkişafında daha önəmli rol oynayacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB