“Seçkilər Ermənistan üçün çox çətin olacaq” AÇIQLAMA

“Seçkilər Ermənistan üçün çox çətin olacaq” AÇIQLAMA

"Bildiyiniz kimi, Ermənistanda siyasi böhran vəziyyəti davam edir". Bunu SİA-ya açıqlamasında Politoloq Qabil Hüseynli deyib.

Onun sözlərinə görə, demək olar ki, Paşinyanın əvvəlki reytinqi aşağı düşüb: "Xüsusən də, bölgələrdə keçirilən 3 bələdiyyət seçkisində onun namizədi İrəvandakı qədər səs ala bilməmişdir. İrəvanda ən azı 12 faiz az səs alıblar. Bu da onu göstərir ki, əyalətlərdə əhval ruhiyyə xeyli dərəcədə dəyişir. Koçaryan müəyyən qədər passivdir. Sanki bu proseslərdə iştirak etmir. Amma Sarkisyanın Respublika partiyası xeyli fəaldır və onlar seçkilərdə də aktiv iştirak edəcəklərini bildiriblər. Amma Daşnaqsytun və Çiçəklənən Ermənistan partiyaları Paşinyanın “Bizim addımlar qrupuna “bir növ meyilənmiş kimi görünürlər. Ola bilsin ki, seçkilərdə bir blokda iştirak etsinlər. Amma bütün bunlara baxmayaraq, seçkilər Ermənistan üçün çox çətin və ağır olacaqdır. Onun nəticələri cəmiyyəti parçalaya bilər və cəmiyyətdə müxtəlif yönümlü qüvvələrin və qrupların əmələ gəlməsinə gətirib çıxara bilər. Bu baxımdan, Ermənistanda sözügedən seçkilər yaxınlaşdıqca Paşinyanın reytinqi də aşağı düşür".

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə