“Ermənistanda daxili vəziyyət daha da mürəkkəbləşə bilər” AÇIQLAMA-ÖZƏL

“Ermənistanda daxili vəziyyət daha da mürəkkəbləşə bilər” AÇIQLAMA-ÖZƏL

“Ermənistanda növbədənkənar parlament seçkilərinə hazırlıq başlansa da, Paşinyan oktyabrın 16-da istefa verəcəyini bəyan etsə də, bu ölkədə daxili vəziyyət mürəkkəb olaraq qalmaqdadır”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq Fikrət Sadıqov deyib.

O bildirib ki, parlamentdə keçmiş rejimi təmsil edən Respublikaçılar Partiyasının təmsilçilərinin müqaviməti davam edəcək.

Ermənistanın hazırkı rəhbərliyi tərəfindən qeyri peşəkarlıq nümayiş edildiyini deyən politoloq söyləyib ki, Paşinyan bütün məsələlərdə küçəyə müraciət edir.

Onun sözlərinə görə, hətta Paşinyan küçələrdə siyasi qərarlar qəbul edir, kadr dəyişikliyi də aparır: “Paşinyan artıq rəqibləri ilə danışıqlar da aparıb ki, heç bir namizəd irəli sürülməsin. Bundan başqa o öz tərəfdarlarına güclü təbliğat kampaniyasına başlamağı tapşırıb. Bütün bunlara baxmayaraq, düşünürəm ki, Paşinyan yeni parlamentə rahatlıqla seçilə bilməyəcək. Güman etmirəm ki, rəqibləri Paşinyana parlamentdə çoxluq təşkil etmək imkanı verəcəklər”.

F.Sadıqov əlavə edib ki, seçkilərdən sonra Ermənistanda daxili vəziyyət daha da mürəkkəbləşə bilər.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə