Paşinyan özünü təriflədi "Reytinqim yüksəkdir"

Paşinyan özünü təriflədi "Reytinqim yüksəkdir"

Palrmanet de-fakto buraxılıb, qalır onun de-yure buraxılmasına. SİA armtimes.com-a istinadən xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan istintaq komitəsində jurnalistlərlə söhbətində bu sözləri deyib.

Onun sözlərinə görə, Respublika partiyasının təmsilçiləri onun növbədənkənar seçkilərin dekabrda keçirilməsi ilə bağlı tələblərini reytinqinin aşağı düşməsi ilə əlaqələndirirlər. “Növbəti tövsiyələrimi vermək istərdim: açın və may ayı ərzində şərhçilərin yazdıqlarını oxuyun, hansı ki, həmin vaxt onlar deyirdilər ki, beş aydan sonra mənim reytinqim məhv olacaq”, deyən Paşinyan bildirib ki, sorğular faktiki olaraq bir neçə gün ərzində keçirilib və görünən budur ki, xalqın dövlət başçısına olan etimadı üçüncü respublika tarixində görünməmiş qədər yüksəkdir.

Lakin buna baxmayaraq, jurnalistlərdən bir nəfər xatırlatma edərək bildirib ki, AŞPA Nikol Paşinyanın fəaliyyətindən narazıdır. Ancaq jurnalistin bu xatırlatmasına dəqiq cavab verməyən Paşinyan deyib ki, beynəlxalq nümayəndələrlə görüşlər keçirsə də, heç bir narazılıqlarla qarşılaşmayıb. “Əgər eşidərsəm belə, bizdə buna etiraz etmək üçün kifayət qədər arqumentlər var”, bildirən erməni baş nazir AŞPA deputatlarına hansı cavabı verəcəyini də açıqlayıb: “Mən deyəcəyəm ki, Respublika partiyasından olan deputatlarla bizim AŞPAdakı nümayəndə heyətimizi bundan sonra heç nə bir-birinə bağlamır. Onlar ilk gündən Ermənistanda baş verən hadisələri tamamilə başqa cür təsəvvür etməyə çalışırlar və bu da növbədənkənar seçkilərin keçirilməsi üçün sonuncu arqument deyil. Bizim AŞPA-dakı nümayəndə heyətimiz heç kimi təmsil etmir, Ermənistanı hazırda keçmiş korrupsiya sistemi təmsil edir və onların sözlərini ciddiyə almağa da dəyməz”.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə