Şimali Koreya lideri Kim Çen In növbəti zirvə toplantısında ABŞ prezidenti Donald Trampla münasibətlərin inkişaf edəcəyinə ümid etdiyini bildirib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Koreya Mərkəzi Teleqraf Agentliyinin (CTLC) dərc etdiyi məlumatda bildirilir ki, oktyabrın 7-də ABŞ dövlət katibi Mike Pompeo Şimali Koreyada səfərdə olub və ölkənin lideri ilə görüşüb. Səfərin əsas məqsədi ABŞ-KXCP-nin ikinci zirvə toplantısını hazırlamaq olub. Danışıqlar zamanı bildirilib ki, ABŞ prezidenti Donald Tramp yaxın müddətdə Şimali Koreya lideri ilə görüşəcəyini elan edib. Tərəflər görüş zamanı sammitin yeri və tarixini dəqiqləşdiriblər.
"Kim Çen In sammitdə bütün dünyanı maraqlandıran və KXDR və ABŞ arasında müzakirə ediləcək məsələlərin həllində böyük irəliləyişlər əldə ediləcəyini ümid edir", -deyə agentliyin məlumatında qeyd edilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB