Yüksək vəzifəyə yeni təyinat

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri vəzifəsinə təyinat olub. XİN-in mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, bu vəzifəyə Leyla Yaşar qızı Abdullayeva təyin edilib.

L.Abdullayeva 2002-ci ildən XİN-də çalışır. O, XİN-in mərkəzi aparatında müxtəlif idarələrdə, Azərbaycanın NATO yanında Nümayəndəliyində və ölkəmizin Belçika Krallığındakı Səfirliyi və Avropa İttifaqı yanında Nümayəndəliyində diplomatik vəzifələr daşıyıb.

Bütün xəbərlər Facebook səhifəmizdə