Pentaqon İranı ittiham etdi RAKET ZƏRBƏSİ

Pentaqon İranı ittiham etdi RAKET ZƏRBƏSİ

İranın Suriyaya – terrorçuların ehtimal olunduğu ərazilərə ballistik raketlər vasitəsilə zərbə endirməsi Pentaqonun qıcıqlanmasına səbəb olub. SİA İTAR TASS-a istinadən xəbər verir ki, adıçəkilən agentliyin müxbirinin suallarını cavablandıran ABŞ Müdafiə Nazirliyinin nümayəndəsi Şon Robertsona görə, bu, düşüncəsiz və vəziyyəti daha da təhlükəli edən edən qıcıqlandırıcı addımdır.

Rəsmi Tehranı ittiham edən amerikalı yüksək çinli hərbçi bildirib ki, bənzər zərbələr Suriyada “İslam Dövləti” terror təşkilatı ilə mübarizə aparan gücləri də potensial təhlükəyə sürükləyə bilər. “Hava məkanında koordinasiya olunmamış yerlərə zərbələr endirən istənilən raketlər mülki və hərbi aviasiyaları da təhlükə altına salır”, Robertson bildirib.

O. həmçinin deyib ki, ABŞ-ın rəhbərlik etdiyi antiterror beynəlxalq hərbi koalisiyasının və Rusiya Federasiyasının peşəkarları öz əməliyyatlarını apararkən, xüsusi rabitə kanalı vasitəsi ilə mümkün münaqişələrin tənzimlənməsi və maksimal təhlükəsizliyin təminatı ilə məşğul olurlar. “İran bu kimi təbbirləri nəzərə almayıb”, ABŞ Müdafizə Nazirliyinin nümayəndəsi qeyd edib.

Xatırladaq ki, İranın Əhvaz şəhərində keçirilən hərbi parad zamanı terror qüvvələri mülki vətəndaşlara və paradda iştirak edən hərbrçilərə odlu silahlardan atəş açıblar. Nəticədə bir çox insan həlak olub və yaralanıb.

İranın dini lideri Ayətullah Xamneyi terrorun baş tutmasında ABŞ-ı, Səudiyyə Ərəbistanını və Birləşmiş Ərəb Əmirliklərini ittiham edib və onların Suriyadakı terror qüvvələrinə dəstək verdiklərini vurğulayıb.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə