Nikol Paşinyan erməni tərəfinin atəşkəsi pozduğunu belə etiraf edib DÜŞƏNBƏDƏ
Ermənistanın baş naziri Nikol Paşinyan Facebook üzərindən canlı yayıma qatılaraq, Düşənbədə keçirilən MDB ölkələri sammitində Azərbaycan Prezidenti İlham Əliyevlə ayaqüstü söhbət etdiklərini deyib. SİA aysor.am-a istinadən xəbər verir ki, Paşinyan canlı yayımında erməni tərəfinin atəşkəsi pozduğunu dolayı yolla etiraf edib.
“Düşənbədə İlham Əliyevlə söhbətimiz oldu və ilk olaraq, biz razılaşdıq ki, müdafiə nazirlərimizə dövlət sərhəddinin təmas xəttində gərginliyin səviyyəsini aşağı salınması istiqamətində konkret addımlar atmasını tapşıraq”, deyən Paşinyanın sözlərinə görə, o bu barədə qondarma “DQR”-in “prezidenti” Bako Saakyanla da bu məsələ barədə razılıq əldə etdiyini bildirib.
Nikol Paşinyan dolayı yolla erməni tərəfinin atəşkəsi pozmasını bu cür etiraf edib: “Mən, bizim silahlı qüvvələrə baş nazir olduqdan sonra ilk dəfə əmr verdim və ötən gecə ən sakit və dinc gecə oldu”.
Erməni baş nazir İlham Əliyevlə operativ əlaqə sisteminin yaradılması barədə də şifahi razılaşma əldə edildiyini bildirib.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB