ABŞ-ın prezidenti Donald Tramp BMT-nin Baş assaambleyasının 73-cü sessiyasının açılışı zamanı etdiyi çıxışının gülüşlə qarşılanmasına aydınlıq gətirib. SİA RİA Nnovosti-yə istinadən xəbər verir ki, zalda gülənlər ona deyil, onunla birgə gülüblər. Bununla yanaşı o qeyd edib ki, bu kimi insanlar adətən alqış etməyə, gülümsəmələrə elə də bağlı deyillər.
Xatırladaq ki, sentyabrın 25-də BMT-də çıxış edən Tramp bildirmişdi ki, prezidentlik kürsüsünə oturduğu iki il müddətində ondan öncəki prezidentlərdən daha çox iş görüb və kifayət qədər uğurlar qazanıb. Onun bu sözlərindən sonra zalda oturanlar həmin ifadələri gülüşlərlə qarşılayıblar. Hətta Trampın özü də etiraf edib ki, bu cür reaksiyanı gözləmirdi və baş verənləri normal hesab edir.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB