Ruhani: "İran Suriyadakı vəziyyəti nəzarətdə saxlayacaq"

Ruhani: "İran Suriyadakı vəziyyəti nəzarətdə saxlayacaq"

“İran Suriyada fəaliyyət göstərən terror qrupları olduğu müddətcə bu ərəb ölkəsindəki varlığını qorumaq niyyətindədir. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bunu İran prezidenti Həsən Ruhani NBC telekanalına verdiyi müsahibədə deyib.

“Bizim Suriyadakı varlığımız Suriya hökumətinin iradəsinə bağlıdır”, - deyə prezident bildirib.

“Nə vaxt ki, Suriyada mövcud olan terrorist qrupları məğlub olacaq, terrorçuluq başa çatacaq və Suriya hökumətinin bizə ehtiyacı qalmayacaq o zaman bizim suriyadakı mövcudluğumuz öz mənasını itirəcək”,- deyə Ruhani qeyd edib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə