Antarktida sahillərində 150 nəfər köməksiz vəziyyətdə qalıb

Antarktida sahillərində 150 nəfər köməksiz vəziyyətdə qalıb

Malta bayrağı altında üzən "Clelia II" adlı gəmi Antarktida sahillərində qəza təhlükəsi ilə üzləşib. SİA-nın rus mətbuatına istinadən verdiyi xəbərə görə, Dreyka boğazında güclü külək nəticəsində yaranmış dalğanın zərbəsindən gəminin əsas mühərrik hissəsi zədələnib, su sızması qeydə alınıb. Gəmidə olan 100 turist və 50 heyət üzvü köməksiz vəziyyətdə qalıb.

 

Gəminin batma təhlükəsi ilə üzləşmədiyi qeyd olunur. Hazırda hadisə ərazisində küləyin sürəti saniyədə 25 metrə çatır. "Clelia II" gəmisinə köməkliyin göstərilməsi üçün hadisə yerinə Çiliyə məxsus gəminin yola düşdüyü bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə