Amerikalıların əksəriyyəti hələ də Con Kennedini müasir dövrdə ABŞ-ın ən yaxşı prezidenti sayır. Baxmayaraq ki, aradan yarım əsrədək vaxt ötüb. SİA-nın xəbərinə görə, Hellap İnstitutu belə bir sorğunu 1990-cı ildən keçirir və hər dəfə də populyarlıq baxımından birinci yeri C.Kennedi tutur.
Növbəti sorğuda 1037 adam iştirak edib. Onlar Barak Obama istisna olmaqla, ABŞ-ın son 9 prezidenti barədə öz fikirlərini bildirməliydilər. C.Kennedini ABŞ əhalisinin 85 faizi dəstəkləyib. Bu siyahıda ikinci yeri Ronald Reyqan (74 faiz), üçüncü yeri isə son illər amerikalıların daha çox qiymətləndirməyə başladıqları Bill Klinton (69 faiz) tutublar.
Ən qeyri-populyar prezidentlər isə oğul Corc Buş (47 faiz) və Riçard Nikson (29 faiz) olmuşlar. Onlar doqquz prezident arasında müvafiq olaraq səkkizinci və doqquzuncu yerləri bölüşüblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB