Putin zirvə görüşünə qatılmaq üçün Tehrana səfər edib

Putin zirvə görüşünə qatılmaq üçün Tehrana səfər edib

Rusiyanın prezidenti Vladimir Putin İran, Türkiyə və Rusiya prezidentlərinin zirvə görüşünə qatılmaq üçün Tehrana səfərə gedib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Rusiya, Türkiyə və İran liderləri zirvə görüşündə Suriyadakı vəziyyəti və Suriya səlahiyyətliləri tərəfindən kimyəvi silah istifadə edilməsi mövzusunda gözlənilən təxribatlar mövzusunu müzakirə edəcək. Zirvədən sonra Rusiya prezidentinin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və İran prezidenti Həsən Ruhani ilə ikitərəfli görüşləri keçiriləcək.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə