Ermənistanda hərbi xidmətdən yayınma halları çoxalıb

Ermənistanda hərbi xidmətdən yayınma halları çoxalıb

Ermənistanın Sünik əyalətinin keçmiş qubernatoru Surik Xaçatryanın 22 yaşlı oğlu Trdat Xaçatryana hərbi xidmətdən yayınmaq məqsədilə sənədləri saxtalaşdırmaqla bağlı ittiham irəli sürülüb. SİA-nın verdiyi xəbərə görə, bu barədə Ermənistan İstintaq Komitəsinin mətbuat xidməti məlumat verib.

Qeyd olunur ki, hazırda Trdat Xaçatryan psixiatrik klinikaların birində ekspertizadan keçirilir. Orduda xidmətdən yayınmasına görə o, 5 il müddətinə azadlıqdan məhrum edilə bilər.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə