Hacı Şahin: “Din insanları zorakılığa dəvət edə bilməz" ÖZƏL-MÜNASİBƏT
“Ümumiyyətlə bir neçə gündür sosial şəbəkələrdə din pərdəsi altında Azərbaycan dövlətçiliyinə və ölkəmizin dünyəvi dövlət sisteminə qarşı açıq - aşkar təhdidlər səsləndirilir, çağırışlar edilir, uydurma, heç dəxli olmayan "informasiyalar" məqsədli şəkildə dövriyyəyə buraxılır. Bu hadisələrin, addımların dinlə hər hansı bir əlaqəsi yoxdur”. Bunu SİA-ya açıqlamasında Məşədi Dadaş məscidinin axundu Hacı Şahin Həsənli deyib
Onun sözlərinə görə, insanlar dindar sayılmamalıdır: “Sadəcə olaraq insanların dinindən, inancından sui-istifadə edib dövləti və dini qarşı-qarşıya qoymaq istəyirlər. Eləcə də Azərbaycan dövlətçiliyinə zərbə vurmaq istəyirlər. Bu hərəkətlərin islamla, dinlə hər hansı bir əlaqəsi ola bilməz. Din insanları zorakılığa, düşmənçiliyə, sui-qəsdə dəvət edə bilməz. Bu dinin ibtidai prinsipləri ilə daban-dabana ziddir. Azərbaycanda ictimai-siyasi sabitliyə, din-dövlət münasibətlərinə ciddi zərbə vurmaq istəyən müəyyən qruplar var. Onlar öz məqsədlərini həyata keçirmək üçün insanların inanc yeri olan dindən sui-istifadə etmək istəyirlər. Bu vasitə ilə Azərbaycanda məzhəb, din-qarşıdurması yaratmağa cəhd göstərirlər. Bu cəhdlərin uğursuzluqla nəticələnəcəyinə əminəm. Çünki Azərbaycanda radikallığın ciddi sosial bazası və insanlar tərəfindən hər hansı bir dəstəyi yoxdur. İnsanlar bu kimi hərəkətlərin dinlə əlaqələndirilməsinin qəti əleyhinədirlər”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB