Türkiyənin TÜBİTAK şirkəti BİLGEM proqramı çərçivəsində “IŞIN” layihəsi əsasında iki yeni lazer silahı hazırlayıb. SİA-nın Türkiyə məatbuatına istinadən verdiyi məlumata görə, yeni lazer silahları düşmənin polad zirehini məhv etmək qabiliyyətinə malikdir.
Hər iki silah sabit və hərəkətdə olan hədəflərin məhvi üçün nəzərdə tutulub. “IŞIN” layihəsi əsasında hazırlanan 20 kilovat və avtomobilə quraşdırılan 1,25 kilovat gücündə silahların sınaq atışları həyata keçirilib.
20 kilovatlıq silahın sınaqları zamanı 500 metr məsafədə 22 mm qalınlığındakı polad gəmi zirehi yararsız hala gətirilib.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB