Azərpoçt CERP-in iclasında təmsil olunacaq

Azərpoçt CERP-in iclasında təmsil olunacaq

24-26 noyabr tarixlərində İstanbul şəhərində Poçt Tənzimləyicilərinin Avropa Komitəsinin (CERP) 43-cü plenar iclası keçirilir. SİA-nın Rabitə və İnformasiya Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, qurumun iclasında Komitənin üzv ölkələrinin, Ümumdünya Poçt İttifaqının, Avropa Komissiyasının nümayəndələri və poçt sahəsinin ekspertləri iştirak edirlər.

Qeyd edək ki, Azərbaycanı iclasda Azərpoçt MMC-nin əməkdaşı Fərid Hüseynov təmsil edir. Azərpoçt nümayəndəsinin respublikanın poçt sahəsindəki vəziyyət haqqında məruzə ilə çıxış edəcəyi nəzərdə tutulur.

Onu da qeyd edək ki, Azərbaycanın 2001-ci ildən üzvü olduğu CERP Poçt və Rabitə Administrasiyaları Avropa Konfransının (CEPT) üç komitəsindən biridir.

Bütün xəbərlər Facebook səhifəmizdə