Arzu Nağıyev: "Azərbaycan hərbi paradla bütün dünyaya mesaj ünvanlamış oldu" AÇIQLAMA
"Azərbaycan ordumuzun 100 illiyi ilə bağlı keçirilən hərbi paradla bütün dünyaya mesaj ünvanlamış oldu. Azərbaycan kimi gənc bir dövlətin ordusunun dünyanın ən güclü orduları sırasında olması asan başa gələn məsələ deyil. Bu, hər bir azərbaycanlı üçün qürurvericidir". Bu fikirləri SİA-ya açıqlamasında siyasi ekspert Arzu Nağıyev deyib.
Ölkəmizin işğal altındakı torpaqlarımızı hərbi yolla azad etmək iqtidarında olduğunu deyən siyasi şərhçi qeyd edib ki, bu gün Azərbaycan Ordusu ən müasir silah və texnologiyalarla təchiz olunur: "Bu gün Azərbaycan Ordusu dünyanın ən müasir silah-sursatı ilə təchiz olunub. Ali baş komandan İlham Əliyev paradda bir daha qeyd etdi ki, neftdən əldə edilən gəlirlərin çox hissəsi ordunun inkişafına, zənginləşməsinə yönəlir. Təbii ki, bütün bunlar əsas verir ki, ordumuz daha da qüvvətlənsin, istənilən situasiyaya hazır olsun, Azərbaycan vətəndaşı da bundan qürur duysun".
A. Nağıyev 2016-cı ilin Aprel əməliyyatlarını xatırlayaraq vurğulayıb ki, 2 il bundan öncə ordumuz sübut etdi ki, Azərbaycan ərazi bütövlüyünü təmin etmək qabiliyyətindədir: "Aprel döyüşləri həm ordumuzda, həm də xalqımızda qələbəyə inamı daha da artırdı, vətəndaşlarımızı ruhlandırdı. Son vaxtlar keçirilən Naxçıvan əməliyyatı bunu bir daha sübut etdi. Bütün bunlar təbii ki, bu sahədə aparılan uğurlu islahatların, ordumuzun inkişafı istiqamətində həyata keçirilən strategiyanın uğurlu nəticələridir".
Ekspert əlavə edib ki, paradda təkcə xarici dövlətlərdən alınan müasir texnika deyil, eyni zamanda, öz istehsalımız olan texnika da nümayiş etdirildi: "Bunları idarə edən milli kadrlarımız da tam təkmilləşib. Zaman keçdikcə Azərbaycan Ordusunun davamlı uğurlarının şahidi olacağıq"
Zaman keçdikcə Azərbaycan Ordusunun davamlı uğurlarının şahidi olacağıq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB