Məhkəmə hakiminin fəaliyyətinə xitam verilməsinə səbəb ola biləcək yeni əsasın müəyyənləşdirilməsi Milli Məclisdə müzakirəyə çıxarılıb. SİA-nın xəbərinə görə, layihə bərədə məlumat verən Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, bununla bağlı "Məhkəmələr və hakimlər haqqında" qanunun 113-cü (Hakimlərin səlahiyyətlərinə xitam verilməsinin əsasları) maddəsinə yeni 11-ci bənd əlavə edilməsi təklif olunur.
Yeni bəndə əsasən "Məhkəmə-Hüquq Şurası haqqında" qanunda nəzərdə tutulmuş təkrar qiymətləndirmə nəticəsində hakimin (ilk dəfə hakim təyin edilmiş şəxslər istisna olmaqla) işində peşəkar çatışmazlıqlar aşkar edildikdə fəaliyyətinə xitam veriləcək. Bununla bağlı "Məhkəmə-Hüquq Şurası haqqında" qanuna da dəyişiklik təklif edilir. Layihələr səsə qoyularaq qəbul edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB