Avropa Şurası (AŞ) Nazirlər Komitəsi qurumun 2011-ci il üçün fəaliyyət proqramını və büdcənsinı qəbul edib. SİA-nın AŞ-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, AŞ-nin 2011-ci ilin ümumi büdcəsi 217 milyon avro təşkil edir. Üzv ölkələrin ödənişləri isə 211 milyon avro təşkil edəcək.
Üzv ölkələrin ödənişlərinə gəlincə gələn il Azərbaycan AŞ-nın büdcəsinə ödəyəcəyi məbləğin miqdarı isə 850 620 avro təşkil edib.
47 ölkə arasında ən çox üzvlük haqqı ödəyən ölkələr arasına birinci yeri Fransa sonra Almaniya, İtaliya və Böyük Britaniya tutur. Belə ki, Fransanın AŞ büdcəsinə ödəyəcəyi vəsait 37 900 141 avro təşkil edir.
MDB ölkələri arasında ən çox vəsaiti isə Rusiya Federasiyası ödəyəcək – 29 758 480 avro. Gürcüstan 358 974 avro, Ermənistan isə 341 967 avro AŞ-nin büdcəsinə ödəyəcək. Qeyd edək ki, sənədlərdə vəsaitlərin qənaət edilməsi, təşkilati xərclərin azaldılması, resursların prioritet istiqamətlərə yönəlməsi əksini tapıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB