AŞPA-dan Gültəkin Hacıbəyliyə ömürlük "qırmızı kart"

AŞPA-dan Gültəkin Hacıbəyliyə ömürlük "qırmızı kart"

Azərbaycanı vaxtilə Avropa Şurası və Parlament Assembleyasında təmsil edən sabiq deputat, sonradan radikal müxalifətə keçən Gültəkin Hacıbəyliyə qurumun binalarına və tədbirlərinə ömürlük giriş qadağası qoyulub. SİA-nın verdiyi xəbərə görə, bu barədə AŞPA-nın Prosedur Qaydaları, İmmunitetlər və İnstitusional Əlaqələr Komitəsi qərar qəbul edib.

AŞPA üzvlərinin Korrupsiya İttihamları üzrə Müstəqil İstintaq Orqanının dərc olunan məruzəsinə əsasən, G.Hacıbəyli etik kodeksi pozduğuna görə ona sanksiya tətbiq olunub.

Məruzədə qeyd olunub ki, ittihamlarla bağlı mövqeyini bildirməsi üçün G.Hacıbəyliyə müraciət olunsa da, o, bundan yayınıb. Nəticədə onun assambleyanın binalarına, tədbirlərinə girişi qadağa edilib.

Xatırladaq ki, bu sessiyada digər bir neçə keçmiş xarici ölkə deputatlarına qarşı da oxşar sanksiya tətbiq olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə