Tahir Mirkişili: “Hərbi parad dostları sevindirdi, düşmənləri qorxuya saldı” AÇIQLAMA

Tahir Mirkişili: “Hərbi parad dostları sevindirdi, düşmənləri qorxuya saldı” AÇIQLAMA

“100 il öncə yaranan Azərbaycan ordusu bu gün dünyanın ən güclü 50 ordusu siyahısındadır”. Bunu SİA-ya açıqlamasında millət vəkili Tahir Mirkişili deyib.

Onun sözlərinə görə, istifadə etdiyi texnologiyalara görə isə dünyanın ən müasir ordularındandır: “Ordumuzun gücünü işğal altında olan torpaqlarımızın azad olunması üçün aparılmış əməliyyatlar da göstərdi. Aprel hadisələri, Naxçıvan əməliyyatı və s. Ordumuzun əsas gücü həm də onun güclü və müdrik Ali Baş Komandanın olmasıdır. Keçirilən hərbi parad dostları sevindirdi, düşmənləri qorxuya saldı. Azərbaycan ordusu hazırda qarşıya qoyulan istənilən tapşırığı yerinə yetirmək iqtidarındadır”.

GÜLYANƏ

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə