Əfqanıstanın ombudsmanı: "Biz uşaqların münaqişələrdə iştirakına qarşıyıq"

Əfqanıstanın ombudsmanı: "Biz uşaqların münaqişələrdə iştirakına qarşıyıq"

"Əfqanıstanda münaqişə nəticəsində sosial həyat məhv olub". SİA-nın xəbərinə görə, bunu Əfqanıstan İslam Respublikasının Ombudsmanı Ahmed Zia Langari Bakıda Ombudsmanların XV Bakı Beynəlxalq Konfransında çıxış edərkən deyib.

O bildirib ki, əgər münaqişə tərəfləri beynəlxalq hüquq normalarının müddəalarına əməl edirsə, o zaman xeyli irəliləyiş əldə oluna bilər: "Əgər münaqişə tərəfləri heç bir insan hüquqları təsisatlarının legitimliyini. Qanunları tanımırsa, bu o zaman kütləvi insan hüquqlarının pozulmasına gətirib çıxaracaq. İnsan hüquqları haqqında təhsil müxtəlif səviyyədə həyata keçirilə bilər. Polis, ordu, məhkəmə, prokurorluq, parlament üzvləri bu barədə məlumatlandırma apara bilər. İnsanların maarifləndirilməsi üçün müxtəlif vasitələrdən istifadə etmək olar".

A.Z.Langari söyləyib ki, münaqişə zonalarında monitorinqlər həyata keçirilə bilər: "Vəziyyətin yaxşılaşdırılması istiqamətində tövsiyyələr verilə bilər. Münaqişənin hər iki tərəfi üçün razılıq olduğu təqdirdə onlar üçün təlimlər keçirmək mümkündür. Əfqanıstan ombudsmanı beynəlxalq səviyyədə lobbiçilik və vəkillik fəaliyyət göstərir, insan hüquqlarının qorunması istiqamətində işlər həyata keçiririk".

Ombudsman söyləyib ki, Əfqanıstanda insan hüquqları ilə bağlı məsələlər dərsliklərə əlavə edilib: "Beynəlxalq səviyyədə insan hüquqlarının qorunması istiqamətində öz fəaliyyətimizi davam etdiririk. Dövlət bizə yüksək şərait yaradır. Maliyyə məsələlərimiz beynəlxalq donorlar tərəfindən dəstəklənir. Əfqanıstanda Ombudsman institutu müharibə cinayətləri və digər cinayətkarlara cəzaların verilməsində öz tövsiyələrini verməkdədir. Qadınların təmsil olunması məsələsi əsas işimizi təşkil edir. Danışıqlar zamanı ədalətin bərqərar edilməsi istiqamətində dövlətlərə tövsiyyələr veririk. Əfqanıstan ölkələrdə uşaqların xüsusilə münaqişələrdə iştirakına qarşıyıq". Əfqanıstanda 1,5 milyon qaçqın və məcburi köçkün olduğunu dilə gətirən Langari bildirib ki, bundan başqa Əfqanıstanda İrandan deportasiyaya məruz qalan şəxslər də var. Əfqanıstan Ombudsmanl olaraq cinayət hüququna yeni əlavə və dəyişikliklər təklif etmişik.Əfqanıstanda yeni qəbul olunan Cinayət Məcəlləsinə müharibə cinayətləri və insanlığa qarşı cinayətlər də daxil edilib. Bildiyiniz kimi Əfqanıstanda maliyyə problemləri var. Maliyyə çətinliyimizə görə fəaliyyətimiz də məhdudlaşır. Biz təhlükəli zonada çalışırıq".

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə