Azerfon 3G yeniklərini nümayiş etdirəcək

Azerfon 3G yeniklərini nümayiş etdirəcək

16-cı Azərbaycan Beynəlxalq "Telekommunikasiya və İnformasiya Texnologiyaları" BakuTel 2010 Sərgisində Azerfon şirkəti 3G texnologiyası üzrə yenilikləri təqdim edəcəkdir.

SİA-nın xəbərinə görə, Azərbaycanda Nar Mobile müştəriləri üçün Nar Dünyası yeni mağaza konsepsiyasının ilk təqdimatı sərgidə keçiriləcəkdir. Müştərilərin və abunəçilərin tələblərini yeni səviyyədə ödəməyə yönəlmiş Nar Dünyası mağazalar konsepsiyası modeli Azerfonun stendində nümayiş etdiriləcəkdir. Nar Mobile telefon nömrəsi almaq, servislərdən yararlanmaq, müştəri xidmətlərindən istifadə imkanları Nar Dünyası konsepsiyası üzrə bir yerdə sərgi ziyarətçilərinin xidmətində olacaqdır.

Sərgidə Nar Mobile tərəfindən 3G mobile TV, Azerfon-Vodafone tərəfindən 3G kamera, 3G USB Modem, 3G netbuk kimi texnologiyalar təqdim olunacaqdır.

3G Mobile TV xidməti yüksək sürətli 3G texnologiyası vasitəsilə mobil telefon istiafadəçiləri üçün bir sıra televiziya kanallarını seyr etməyə imkan yaradır.

Azerfon-Vodafone tərəfindən təqdim edilən 3G+ Müşahidə Kamerası – qeyri-adi dizayn, üstün xarakteristikası ilə anbar, qaraj, ev, ofis, uşaq və ya ev heyvanlarını məsafədən izləməyə imkan verir. SİM-kart yerləşən 3G+ Müşahidə Kameraya birbaşa video zəng etməklə müşahidə imkanlarından yararlanmaq olar.

3G USB modemi vasitəsilə Azerfon-Vodafone mobil şəbəkəsinin əhatə etdiyi istənilən yerdən müxtəlif İnternet xidmətlərindən istifadə etmək imkanları yaranıb. Genişzolaqlı mobil İnternet bağlantısı vasitəsi ilə 3G texnologiyasının mümkün servis və xidmətlərinə abunəçilər üçün birbaşa çıxış imkanları yaradılıb. 3G netbukları vasitəsilə əlavə qurğulardan istifadə etmədən və 3G texnologiyasını dəstəkləyən sim-kartı netbukda quraşdırmaqla yüksək sürətli genişzolaqlı mobil internetə bağlantı əldə edilmək imkanları yaradılır. Azerfonun stendində həmçinin bütün sərgi müddətində müxtəlif yarışmalar keçiriləcək və yüzlərlə qiymətli hədiyyələr oynanılacaqdır.

Qeyd etmək lazımdır ki, Azerfon şirkətinin stendi Bakutel sərgisində ən geniş sahəyə malik olanlar sırasına daxildir. Stenddə Azerfonun mobil xidmət ticarət markaları və təsis etdiyi şirkətlər təmsil olunacaqdır. Azerfonun 3G texnoloji yenilikləri haqqında geniş məlumatı Bakutel sərgisində əldə etmək olar.

Bütün xəbərlər Facebook səhifəmizdə