Millət vəkili: “Astana sammitindən öncə Ermənistan rəhbərliyinin səsləndirdiyi fikirlərin heç bir əhəmiyyəti yoxdur” - MÖVQE

Millət vəkili: “Astana sammitindən öncə Ermənistan rəhbərliyinin səsləndirdiyi fikirlərin heç bir əhəmiyyəti yoxdur” - MÖVQE
Dekabrın 1-2-si tarixlərində ATƏT-in Astanada keçiriləcək sammitindən Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı müəyyən gözləntilərimiz var. Bu barədə SİA-ya açıqlamasında Astana sammitinə münasibət bildirən millət vəkili Bəxtiyar Əliyev deyib. O bildirib ki, bu sammitdən öncə Ermənistan rəhbərliyinin səsləndirdiyi hər hansı bir fikirlərin heç bir əhəmiyyəti yoxdur. Millət vəkilinin sözlərinə görə, bunların hamısı yalan və əhəmiyyətsiz açıqlamalardır.

"Məsələ konkret olaraq belədir ki, Ermənistan Azərbaycan torpaqlarını işğal edib və Ermənistanın işğalçı qoşunları qeyri-şərtsiz olaraq Azərbaycan torpaqlarından çıxarılmalıdır. Problem Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində həll edilməlidir. Hazırda Dağlıq Qarabağda yaşayan 40-45 min erməni qalıb ki, onlar da Azərbaycan vətəndaşlarıdır və həmin insanları bu vətəndaşlıqdan heç kim çıxarmayıb. Azərbaycan dövləti bu vətəndaşlarını erməni separatistlərin, işğalçı qoşunların girovluğundan tezliklə azad edəcək", - deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə