Qondarma “erməni soyqırımı”nın tanınması ilə bağlı qanun layihəsi İsrail parlamentinin gündəliyindən çıxarılıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu barədə “The Jerusalem Post” nəşri məlumat yayıb.
Bildirilib ki, Knessetin spikeri Yuli Edelşteyn layihənin müzakirə olunmamasına qərar verib.
Qeyd olunub ki, sözügedən layihənin deputatlar tərəfindən dəstəklənəcəyi sual altında idi, bu səbəbdən Edelşteyn onu parlamentin gündəliyindən çıxardı.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB