Livanlı nazir Bakıya gəlir
18 noyabr 2010-cu il tarixdə Livanın gənclər və idman naziri Əli Hüseyn Abdullahın Bakıya səfəri başlayacaq. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, səfər çərçivəsində livanlı nazirin Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov, təhsil naziri Misir Mərdanov və digər rəsmi şəxslərlə görüşləri gözlənilir. Səfər zamanı gənclər və idman sahəsində görülən işlər barədə və əməkdaşlıq əlaqələrinin genişləndirilməsi məqsədilə müzakirələrin aparılması nəzərdə tutulub. Azad Rəhimovla görüş 19 noyabr 2010-cu il saat 12:00-də Gənclər və İdman Nazirliyində olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə