Milli Məclisin yaz sessiyasının son iclasının TARİXİ

Milli Məclisin yaz sessiyasının son iclasının TARİXİ

Azərbaycan Milli Məclisinin 2018-ci il yaz sessiyasında son iclasının tarixi müəyyənləşib. SİA-nın məlumatına görə, iclas mayın 31-də keçiriləcək.

Bununla da yaz sessiyası başa çatacaq. İclasın gündəliyi yaxın günlərdə müəyyənləşəcək.

Qeyd edək ki, parlamentin növbəti plenar iclası mayın 18-də keçiriləcək.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə