"Avropa İttifaqı ölkələrinin şirkətləri qızıl çıxarılması ilə məşğuldur"
“Azərbaycan regional əməkdaşlığın fəal iştirakçılarından biridir. Eyni zamanda Azərbaycan-Gürcüstan-Türkiyə, Azərbaycan-Rusiya-İran və digər üçtərəfli əməkdaşlıq formatları da var”. SİA-nın məlumatına görə, bunu bu gün Bakıda keçirilən Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin 15-ci iclasının ikinci sessiyasında Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar, mövcud vəziyyət mövzusunda müzaikrələr zamanı Xarici İşlər Nazirliyinin nümayəndəsi səfir Kamil Xasıyev bildirib.
K.Xasıyev deyib ki, Azərbaycan deyil, Ermənistan Avrasiya İttifaqının üzvüdür: “Biz Avropa İttifaqından Azərbaycanın işğal olunmuş ərazilərində təbii sərvətlərin istismarına qarşı mövqe gözləyirik. Azərbaycanın işğal olunmuş ərazilərində Avropa İttifaqı ölkələrinin şirkətləri qızıl çıxarılması ilə məşğuldur. Biz bu məsələyə münasibət bildirilməsini istəyirik. Bu, nə dərəcədə düzgündür?! ”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB