Sərdar Cəlaloğlu yenidən Əli Kərimlini “yada” saldı TƏRS BAXIŞ

Sərdar Cəlaloğlu yenidən Əli Kərimlini “yada” saldı TƏRS BAXIŞ

ADP sədri: “Hansı haqla müraciət edir? Həmin müraciətin səmimiliyinə artıq bura qədər olan fəaliyyətin hesabına kölgə düşür”

Seçkilərdən sonra ənənəvi müxalifət “liderlərinin” bir-birinə qarşı səsləndrdikləri ittihamları elə onların özləri tərəfindən “siyasi mübarizənin” normal elementi hesab edilir. Yəni fərqi yoxdur ki, kimsə seçkilərdə iştirak etdi, yaxud etməsi, boykot qərarı verdi - əsas budur ki, seçkisonrası ittihamlar səslənsin və hər kəs bu məsələdə özlərini “doğru tərəf” olaraq ictimai rəyə tanıtsın. Lakin söz yox ki, Azərbaycan cəmiyyətinin müxalifətdən üz çevirməsinin, “liderlərini” isə bilavasitə rədd etməsinin başlıca səbəblərindən biri də budur. 11 aprel prezident seçkilərinə namizəd olaraq atılmış ADP sədri Sərdar Cəlaloğlu vaxtilə onu bu addımına görə ittiham edən AXCP sədri Əli Kərimlini “tyada” salıb və bildirib ki, Ə.Kərimli sosial şəbəkədə oturub və zaman-zaman xalq “müracitələr” edir. Lakin onun fikirlərini hesaba alan belə yoxdur: “Hansı haqla müraciət edir? Həmin müraciətin səmimiliyinə artıq bura qədər olan fəaliyyətin hesabına kölgə düşür”.

“Hanı o bütün müxalifət? Azərbaycanda bütün müxalifət var? Müxalifət dağılmış bir vəziyyətdədir”

Cəlaloğlu AXCP sədrinin müxalifət düşərgəsinin bütün parçalanma faktlarında əlinin olduğunu deyib və bildirib ki, bu adam hazırkı dövrə qədər müxalifətin

birləşməsinə mane olub, sonra da həyasızcasına bütün müxalifətə müraciət edir. Hanı o bütün müxalifət? Azərbaycanda bütün müxalifət var? Müxalifət dağılmış bir vəziyyətdədir". Müşahidəçilər də belə hesab edirlər ki, bu günə qədər bütün müxalifətin əməkdaşlıq cəhdləri heç vaxt baş tutmayıb və ona görə də onun gah düşərgədəki partiya sədrlərinə, yaxud ictimaiyyətə çağırış etməyə mənəvi haqqı yoxdur.

Sərdar Cəlaloğluda Əli Kərimli barədə yeni kompromatlar var?

ADP sədri düşərgənin ambisiozluğun qurbanına çevrildiyini də deyərək, Ə.Kərimli qədər Müsavatın da parçalanmada kifayət qədər rolunun olduğunu bildirib: “Ümumiyyətlə, bu iki partiyanın tutduğu mövqeyə görə müxalifət bir araya gəlməyib, hətta gəlibsə belə, bu “müttəfiqliyin” ömrü çox qısa olub”.

Beləliklə, ADP sədri S.Cəlaloğlu əsasən, AXCP sədrini hədəfə alıb və bu məsələnin arxasında çox yəqin ki, müəyyən kompromatların olduğunu düşünmək olar. Hər halda, Ə.Kərimliyə qarşı ADP hücumu arxasında yeni və daha kəskin savaşın baş qaldırmasını gözləmək olar.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə