Nazir müavini: "Aİ beynəlxalq öhdəliklərə əsasən müvafiq qaydaların pozulmasına yol verməməlidir"
“Azərbaycanla Avropa İttifaqı ölkələri arasında vizaların sadələşdirilməsi məsələsi olduqca vacibdir. Bu, xalqlarımızın mobilliyinə imkan verəcək”. SİA-nın xəbərinə görə, bu fikirləri xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev Bakıda keçirilən Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin XV iclasında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, viza sisteminin sadələşdirilməsi Aİ ölkələrinin vətəndaşlarına fayda gətirməklə yanaşı, burada siyasi, iqtisadi, sosial sahələrdə yaxınlaşmaq üçün geniş imkanlar açacaq.
Onun sözlərinə görə, 2020-ci ilə - Brüssel sammitinə qədər Aİ-Azərbaycan arasında razılaşma əldə edilə bilər: “Azərbaycanın işğal altında qalan torpaqları ilə bağlı məsələ həll olunmalıdır. İşğal altındakı ərazilərdən təbii sərvətlər, mal və xidmətlər Avropa İttifaqı ölkələrinin bazarlarına çıxarılır. Avropa İttifaqı beynəlxalq öhdəliklərə əsasən müvafiq qaydaların pozulmasına yol verməməlidir. Fərdi və hüquqi şəxslər tərəfindən Azərbaycanın ərazi bütövlüyünün pozulmasına şərait yaradılmamalıdır. Aİ-nin şirkətləri, onların filialları və törəmə şirkətləri Dağlıq Qarabağ və ətraf ərazilərdə fəaliyyət göstərir. Onlar Azərbaycan qanunvericiliyini pozmuş sayılırlar. Mənşə ölkə kimi həmin mallarda Ermənistan göstərilir. Halbuki mineral sərvətlərdən və təbii ehtiyatlardan danışırıqsa, Ermənistan bu sərvətləri istismar edərək Avropa İttifaqına Təklif edirik ki, İşçi Qrup yaradılsın və bu məsələlər hüquqi müstəvidə həllini tapsın".
Nazir müavini söyləyib ki, Cənubi Qafqaz Qaz Dəhlizinin genişləndirilməsi, Avropanı Asiyanı birləşdirən Şərq-Qərb, Şimal-Cənub Nəqliyyat Dəhlizləri ilə bağlı müvafiq işlərə rəvac vermişik.
Bakı-Tbilisi-Qars dəmir yolundan danışan M. Məmmədquliyev söyləyib ki, ələt limanının istifadəyə verilməsi Azərbaycanı nəqliyyat qovşağına çevirir.
M. Məmmədquliyev Aİ və Azərbaycan arasında əməkdaşlığın inkişaf edəcəyini və bunun üçün geniş imkanlar olduğunu əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB