AVCİYA: “ABŞ Dövlət Departamentinin mövqeyi stabilliyin pozulması ssenarisinin gerçəkləşdirilməsinə rəvac verə bilər” - AÇIQLAMA
Bu gün Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCIYA) ABŞ Dövlət Departamentinin seçkilərlə bağlı açıqladığı hesabata münasibətini açıqlayıb. SİA-nın məlumatına görə, AVCİYA-nın rəhbəri Zülfüqar Məhərrrəmli bildirib ki, bəyanat ziddiyyətli məqamlarla doludur.
Seçkilərlə bağlı 4 nüfuzlu qurum, ATƏT - in Demokratik Təsisatlar və İnsan haqları Bürosu (DTİHB), ATƏT - in Parlament Assmbleyası (ATƏT PA), Avropa Şurası Parlament Assmbleyası və Avropa Parlamentinin müşahidə missiyası öz ilkin rəyini açıqladığını deyən Z.Məhərrəmli bildirib ki, bu dörd təşkilatın rəyləri ilə ABŞ Dövlət Departamentinin seçkilərlə bağlı açıqladığı hesabat bir-birindən tamamilə fərqlənir: "Onlar qeyd ediblər ki, Azərbaycan Respublikasında keçirilən 7 noyabr 2010 - cu il parlament seçkilərini sakit şəraitlə xarakterizə olunsa da, bütün müxalifət partiyaları siyasi prosesdə iştirak etsə də, ümumilikdə bu seçkilərin keçirilməsi ölkənin demokratik inkişafında mühüm irəlləyişlər üçün kifayət olmayıb. Onlar həmçinin yeni seçilmiş parlament və hakimiyyət orqanları ilə, ölkənin demokratik inkişafını daha da dərinləşdirmək sahəsində əməkdaşlıq etməyə hazır olduqlarını bildiriblər. Lakin ABŞ Dövlət Departamentinin parlament seçkiləri ilə bağlı yuxarıda adları qeyd olunan 4 nufuzlu beynəlxalq qurumun rəyinə istinadən açıqladığı sənəd bu qurumların rəylərindən kəskin surətdə fərqlənir. Dövlət Departamenti bildirir ki, Azərbaycanda noyabrın 7- də keçirilən parlament seçkiləri beynəlxalq standartlara uyğun keçirilməyib. Biz belə hesab edirik ki, ABŞ Dövlət Departamentinin bu mövqeyi 4 nufuzlu beynəlxalq qurumun seçkilərlə bağlı rəyinin saxtalaşdırılmasına, Cənubi Qafqazda lider dövlətə çevrilmış Azərbaycan Respublikasında bir sıra postsovet respublikalarında sınaqdan çıxarılmış, seçkidən sonra stabilliyin pozulması və ixtişaşların yaranması ssenarisinin gerçəkləşdirilməsinə rəvac verə bilər".
Azərbaycanın ən böyük nailiyyətinin stabilli olduğunu deyən Z.Məhərrəmli qeyd edib ki, stabillik olmasa demokratiya da mümkün deyil. Ölkədə seçki mədəniyyətinin inkişaf etdiyini söyləyən AVCİYA rəhbəri bildirib ki, Azərbaycanda nə 1991, nə də 1992 və 1993-cü illərdir: "Sevindirici haldır ki, ölkədə stabillik var. Stabillik olmayan ölkədə isə anarxiya olar. Azərbaycan güclü bir dövlətdir. Daxili qarşıdurma yaratmaqla Azərbaycanı zəiflətmək istəyirlər. Bizi istəməyən xarici qüvvələr qarşıdurma yaratmaqla bundan öz çirkin məqsədləri üçün istifadə etməyə çalışırlar. Seçkilərdə ölkənin bütün aparıcı siyasi partiyaları iştirak edib, seçki komissiyaları doldurulub. Bu inkişaf deyilmi? Parlamentdə mandat qazananları hakimiyyətə satılmaqda günahlandırırlar. 2005-ci ildə niyə bu cür düşünmürdülər. Çünki parlamentə keçə bilmişdilər. Hər şeyə qara yaxmaq olmaz".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB