Hikmət Hacıyev BMT Baş Assambleyasının komitə iclasında iştirak edir

Hikmət Hacıyev BMT Baş Assambleyasının komitə iclasında iştirak edir

Nyu-Yorkda BMT Baş Assambleyasının İnformasiya məsələləri üzrə komitəsinin iclası keçirilir. Xarici İşlər Nazirliyindən (XİN) SİA-ya verilən məlumata görə, Nazirliyin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev iclasda iştirak edir.

Bildirilib ki, BMT Baş Assambleyasının İnformasiya komitəsi 1979-cu ildə təsis olunub və komitənin mandatına BMT-nin ictimai informasiya siyasətinin müəyyən edilməsi, dünyada yeni, ədalətli və effektiv informasıya məkanının yaradılması ilə sülhün gücləndirilməsi kimi məsələlər daxildir.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə