"Biz daha öncə bəyan etmişdik ki, bu seçkidən böyük sürprizlər gözləməyə dəyməz və müxalifət parlament seçkilərində Milli Məclisdə təmsilçilik uğrunda mübarizə aparacaq". SİA-ya Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) mətbuat xidmətindən verilən məlumata görə, bu sözləri partiyanın sədri Qüdrət Həsənquliyev parlament seçkilərinin ilkin nəticələrinə münasibət bildirərkən deyib.
BAXCP sədri bu seçkilərdə Azərbaycan vətəndaşlarının barışmaz və radikal, yaxud kostruktiv müxalifətə üstünlük verəcəyi ilə bağlı daha öncə səsləndirdiyi fikirləri bir daha xatırladıb: "Bu seçkilərdə Azərbaycan xalqının hansı müxalifət qüvvələrinə - radikal, yoxsa konstruktiv xətt tərəfdarlarına dəstək verəcəyi baxımından xüsusi önəm kəsb etdiyini bildirmişdik. Yaxşı cəhət o oldu ki, konstruktiv müxalifət parlamentdə öz yerlərini qoruyub saxlaya bildi. Pis olan isə odur ki, biz öz sıralarımızı genişləndirə bilmədik. Bütün hallarda xalqımız üçün xeyirli olsun".
Qeyd edək ki, BAXCP sədrinin deputatlığa namizədliyi "İslahat Bloku" tərəfindən 7 saylı Ordubad-Culfa seçki dairəsindən irəli sürülüb. İlkin nəticələrə görə Q.Həsənquliyev 75 faiz səslə bütün rəqiblərini üstələyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB