“Qayda pozanlara qarşı sanksiyalar tətbiq ediləcək” Deputat xəbərdarlıq etdi

“Qayda pozanlara qarşı sanksiyalar tətbiq ediləcək” Deputat xəbərdarlıq etdi

“Milli Məclis “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun layihəsini qəbul edib. Eləcə də Azərbaycan Respublikası Nazirlər Kabineti tütün məmulatlarının çəkilməsinə icazə verilməyən məkanlar haqqında (oradakı qaydaların necə olması barədə) qərarını verdi. O cümlədən də avtomobil dayanacaqlarında, şəhərlərarası avtobus dayanacaqlarında, dəmiryol vağzalında və s. siqaret çəkilməsi qadağan olunur”. Bunu SİA-ya açıqlamasında millət vəkili Musa Quliyev deyib.

Deputatın sözlərinə görə, bu ilin aprel-may ayında İnzibati Xətalar Məcəlləsinə də əlavə və dəyişikliklər olunacaq ki, qayda pozanlara qarşı hansı sanksiyaları tətbiq edilsin: “Bundan sonra qanun tam gücü ilə işləməyə başlayacaq.

Amma cərimə öz yerində, insanlarımızda, bütövlükdə cəmiyyətimizdə də daxili mədəniyyət olmalıdır. Yəni uşaq, qadın olan yerdə hətta tütün məmulatının çəkilməsinə icazə verilibsə, burada siqaret çəkməz olmaz və çəkildiyi təqdirdə onun kötüyünü yerə atmaq olmaz. Bunun üçün xüsusi qutular ayrılıb və yeri zibilləmək olmaz. Hesab edirəm ki, burada mədəniyyət, maarifləndirmə işləri də aparılmalıdır”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə