Mərkəzi Seçki Komissiyası: "690 namizəd millət vəkili adı uğrunda mübarizə aparacaq" - AÇIQLAMA
Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. SİA-nın məlumatına görə, iclasda ilk olaraq 2010-cu il noyabrın 7-nə təyin olunmuş Milli Məclisə seçkilərlə əlaqədar fərdi namizədlərdən, siyasi partiya və partiya blokları tərəfindən namizədliyi irəli sürülən şəxslərdən MSK-ya daxil olmuş müraciətlərə baxılıb.
Müraciətlər barədə MSK katibi Natiq Məmmədov və MSK üzvəri məlumat verib. Ümumilikdə 15 müraciətə baxılıb və onlardan ikisinə xitam verilib, biri təmin edilməyib, qalanları isə araşdırılmaq üçün müvafiq dairə seçki komissiyasına göndərilib.
İclasdan sonra MSK sədri M.Pənahov jurnalistlərin suallarını cavablandırıb. Ümumilikdə 690 namizədin millət vəkili adı uğrunda mübarizə aparacağını deyən M.Pənahov namizədlər üçün İctimai Televiziyada təşkil olunan debatların ictimaiyyət arasında kifayət qədər maraq doğurduğunu bildirib: "Mənim iştirak etdiyim elə bir tədbir olmayıb ki, orada müxtəlif səviyyəli insanlar debatlarla bağlı fikirlərini bildirməsin. Bu faktdır və xoşagələn bir haldır. İnsanlar seçkilərə diqqətlə yanaşır. Debatlarda narazılıq doğuran məqamları da çalışmaşıq ki, dramatikləşdirməyək. İstərdik ki, Azərbycan xalqına şərəf gətirməyən böhtan xarakterli fikirlər səsləndirilməsin. Yaxşı şeyə yaxşı deyə biləcəyiksə, çatışmazlıqlar da aradan qalxacaq. Çatışmzlıqlarımız da var. Amma son illər dinamikanın olmasını da inkar etmək olmaz".
"Nə daxildən, nə də xaricdən elə bir qurum, elə bir şəxs olmayıb ki, seçkiləri müşahidə etmək istədiyi halda biz onun müraciətini mənfi cavablandıraq" söyləyən MSK sədri qeyd edib ki, bəzi hallarda gecikmə hallarına da göz yumulub: "Müraciət edənlərin demək olar ki, 99,9 faizi müsbət cavab alıb. Mənə elə bir müraciət olmayıb ki, kiminsə müraciətini müsbət cavablandırmayaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB