Hikmət Babaoğlu: “Prezident qarşılıqlı əməkdaşlığın fayda verdiyini söyləyib" ŞƏRH

Hikmət Babaoğlu: “Prezident qarşılıqlı əməkdaşlığın fayda verdiyini söyləyib" ŞƏRH

“Prezident İlham Əliyev ölkəmizdə demokratiyanın mövcudluğunu bu məsələnin daima hakimiyyətin fəaliyyətinin diqqət mərkəzində olması və ardıcıl olaraq məqsədyönlü siyasi islahatların həyata keçirilməsi ilə izah edib. Bunun nəticəsində isə Azərbaycanın dünyaya açıq və demokratik bir ölkəyə çevrildiyini deyib. Azərbaycanda bütün demokratik azadlıqlar, o cümlədən söz və mətbuat azadlığı təmin edilib. Bu prosesdə Azərbaycanın Avropa Şurasının təcrübəli üzvü kimi insan hüquqları və azadlıqları üzrə ixtisaslaşmış bu təşkilatla faydalı əməkdaşlığını önə çəkən Prezident İlham Əliyev cəmiyyətimizin daha da demokratikləşməsi üçün qarşılıqlı əməkdaşlığın fayda verdiyini söyləyib”. Bunu SİA-ya açıqlamasında “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu Azərbaycan Prezident cənab İlham Əliyevin Rusiyanın TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmana verdiyi müsahibəyə münasibət bildirərkən deyib.

“Bütövlükdə isə Azərbaycanda demokratik ənənələrin hələ 100 il bundan əvvəl Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən əsası qoyulduğunu bildirən ölkə başçısı müasir Azərbaycanı AXC-nin varisi kimi qiymətləndirib, o ənənələrin bu gün də yaşadığını bildirib. Milli dövlətçilik tariximizə kompleks yanaşan Prezident, ümumilikdə Azərbaycanda milli demokratik mühitin və dövlətçilik yaddaşının əsas komponentlərindən biri kimi məz demokratik düşüncənin müəyyənləşməsinin siyasi mədəniyyətimizdə ciddi köklərinin olması ilə izah edib. Göründüyü kimi məhz bu cür demokratik ənənədən gələn ictimi şüurun yeni mərhələdə azad, multikultural tolerant cəmiyyət qurmağa hazır olması siyasi mədəniyyətimizin ən əsas səciyyəvi xüsusiyyətlərindən biri kimi çıxış edib. Ona görə də demokratik cəmiyyətin qurulması xaricdən demokratiya idxalından daha çox Azərbaycan cəmiyyətinin daxili ictimai-siyasi münasibətlərinin təlabatı kimi ortaya çıxıb. Bu milli demokratiya modelidir və asanlıqla manipuliyasiya edilə bilmir. Bu isə demokratik cəmiyyətimizə əlavə müsbət keyfiyyət gətirir. Demokratik ənənəsi tarixən olmayan cəmiyətlərdə isə ,,diqtə edilən demokratiya,, bəzi hallarda dağıdıcı silaha çevrilir. Milli demokratiyamızın tarixinin 100 il bundan öncə başladığına diqqət çəkən Prezident İlham Əliyev məhz bu məsələlərə vurğu etməklə ölkəmizdə demokratik cəmiyyətin, açıq cəmiyyətin ciddi əsaslarının olduğunu bildirib”-deyə, H.Babaoğlu fikirlərini tamamlayıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə