Gürcüstan Daxili İşlər Nazirliyi 20 casusun tutulması barədə şərh verməyib

Gürcüstan Daxili İşlər Nazirliyi 20 casusun tutulması barədə şərh verməyib

Gürcüstan Daxili İşlər Nazirliyi Rusiya xüsusi xidmət orqanları üçün işləməkdə şübhəli bilinən 20 casusu tutub. SİA-nın məlumatına görə, saxlanılan şəxslərin Gürcüstan vətəndaşı olduğu bildirilir. Onlar casusluq şəbəkəsi yaratmaqda şübhəli sayılırlar.

Şübhəli şəxslər Rusiyaya məxfi informasiya verirmişlər. DİN analitik departamentinin rəisi Şota Utiaşvili bildirib ki, nazirlik bu məsələni şərh etmir. Ətraflı açıqlamalar noyabrın 5-də keçiriləcək xüsusi brifinqdə veriləcəkdir. Gürcüstan xarici işlər nazirinin müavini Nino Kalandadze noyabrın 1-də jurnalistlərə bildirib ki, casusluqda şübhəli şəxs qismində tutulanların işi ilə DİN məşğul olur.

Bütün xəbərlər Facebook səhifəmizdə