Yəməndən ABŞ-a bomba göndərməyə çalışan bir neçə şübhəli saxlanılıb
Yəmən polisi ABŞ-a poçt vasitəsi ilə bomba göndərməyə çalışan daha bir neçə şübhəlini ələ keçirib. SİA-nın voanews.com-a istinadən verdiyi məlumata görə, Yəmən rəsmiləri bu cəhddə əli ola mühəndislik üzrə təhsil alan bir tələbə və onun anasını nəzarət altına alıb.
Müttəhimin vəkili tələbənin Sana Universitetindən 22 yaşlı Hanan Əl-Samavi olduğunu, onun heç bir ekstremist qrupla əlaqəsi olmadığını bildirib və deyib ki, o, aldadılıb. Rəsmilərin sözlərinə görə, onlar tələbəni ABŞ-dan alınan məlumata və bağlamaların qəbzinin üzərindəki telefon nömrəsinə əsasən aşkar ediblər.
Bombalar kompyuter printerləri üçün olan mürəkkəb kartriclərinin içərisində gizlədilib. ABŞ rəsmiləri deyir ki, bombaların mürəkkəbliyi burada Əl-Qaidənin əlinin olmasına işarə edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB