Politoloq: “Sekuta münasibətlərimizdə problem yaşamadı” MÖVQE

“ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekutanın fəaliyyət müddəti başa çatır. Robert Sekuta özündən əvvəlki səfirlər Rino Xarniş və Riçard Morninqstardan fərqli olaraq Azərbaycan hakimiyyəti ilə münasibətlərdə problem yaşamadı”. Bunu SİA-ya açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, Sekuta Azərbaycanın daxili işlərinə qarışmadı, insan haqları və demokratiyanın vəziyyəti ilə bağlı kəskin açıqlamalar vermədi: “O, yalnız iqtisadi və təhlükəsizlik əməkdaşlığına diqqət yetirdi. Digər tərəfdən Donald Tramp administrasiyası da başqa ölkələrdə insan haqları və demokratiya mövzularına maraq göstərmir. Bu vəziyyət rəsmi Bakını qane edir”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə