"VI Qlobal Bakı Forumu mühüm məsələlərin müzakirə olunduğu məkandır"

VI Qlobal Bakı Forumu mühüm məsələlərin müzakirə olunduğu məkandır. SİA-nın vediyi məlumata görə, bunu Türkiyənin Baş naziri Binəli Yıldırım Azərbaycanın paytaxtında keçirilən “İnklüziv cəmiyyətlərin qurulması üçün fərqliliklərin aradan qaldırılması” mövzusunda VI Qlobal Bakı Forumunun açılış mərasimində çıxışı zamanı deyib.

B.Yıldırım qeyd edib ki, bu gün regional təhlükəsizlik üçün əməkdaşlığa daha çox ehtiyac var: "Ölkələr arasında münasibətlərin inkişafına kömək edə biləcək birgə layihələrin reallaşdırılması da çox mühümdür".

Baş nazir bildirib ki, bu gün Türkiyə və Azərbaycan mühüm layihələr həyata keçirirlər: "Bu layihələr təkcə regionun inkişafına istiqamətlənməyib, eləcə də beynəlxalq miqyaslıdır".

O əlavə edib ki, TANAP boru kəməri belə vacib layihələrdən biridir: "Türkiyə müttəfiq və dostların sayını artırmaq siyasəti yürüdür. Böhranın həlli üçün bütün ölkələr birlikdə fəaliyyət göstərməlidirlər".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə