AXCP-“Milli Şura” cütlüyünün mitinqi – uğursuzluğun etirafı FOTOFAKT

AXCP-“Milli Şura” cütlüyünün mitinqi – uğursuzluğun etirafı FOTOFAKT

Xalq radikallara və siyasi avantüraçılara növbəti dəfə “YOX!” dedi

Uzun müddət sosial şəbəkələrdə və özlərinə məxsus internet-informasiya resurslarında AXCP-“Milli Şura” cütlüyünün mitinqinə çağırışlar edən radikal müxalifət müdafiəçiləri və onların “liderləri” bir daha nə qədər yanıldıqlarının fərqinə varmağa məcbur oldular. Belə ki, martın 10-da BŞİH ilə tazılaşdırılmış olmasına baxmayaraq, “Məhsul” stadionunun yarısını belə doldura bilməyən dağıdıcı müxalifət “liderləri” əslində, uğursuzluqlarını etiraf etmiş oldular. Çünki daha öncədən “mitinqimizə ən azı 30 min tərəfdaşlarımız qatılacaq” deyə pafoslu fikirlər önə sürən “liderlərin” səsinə uzağı 100-1500 adam səs verdi ki, bu da xalqın böyük kəsiminin bu kimi siyasi avantüraçılara növbəti dəfə “YOX!” deməsinin sübutu oldu. Nə şüarlarına, nə də çıxışlarına ciddi dəstək ala bilməyənlərin necə deyərlər, “inqilaba hamilə qalmaları” baş tutmadı.

Mitinqlərə qatılmaq fikrində olmayanları təhqir edən siyasi uğursuzluqlar yığnağı indi çətin vəziyyətlə qarşı-qarşıya qalıblar

Onu da qeyd etmək yerinə düşərdi ki, saat 15.00-dan 17.00-dək davam edən aksiyada AXCP, Müsavat, AXP adlı siyasi təşkilatlar, eləcə də “Müsəlman Birliyi”, “NİDA” hərəkatlarının, həmçinin, radikalyönümlü bir sıra qeyri-hökumət və gənclər təşkilatlarının adamları iştirak etsə də, oraya toplaşanlarının saylarının kifayət qədər azlığı onların dəstəkçilərinin ümumiyyətlə, ayrı-ayrılıqda bir neçə nəfərlə təmsil olunduqlarını da təsdiq edir. Belə olan vəziyyətdə hər hansı bir “siyasi uğurdan” danışmağın isə mənasızlığı kifayət qədər təsdiq olunur.

Həmçinin, aksiyaya qədər müxtəlif internat televiziyalarında və müxalifətyönümlü saytlarda, eyni zamanda “facebook” sosial şəbəkəsində canlı yayımlara çıxaraq, xalqı mitinqlərə səsləyən, nəticəsiz qaldıqda isə mitinqlərə qatılmaq fikrində olmayanları təhqir belə edən siyasi uğursuzluqlar yığnağı indi çətin vəziyyətlə qarşı-qarşıya qalıblar. Çünki onlara bir sıra xarici təşkilatlardan, xüsusilə erməni lobbisinin maliyyələşdirdiyi təşkilatlardan verilən təlimatlar faktiki olaraq yerinə yetirilməmiş qalıb. Təkcə, mitinqə qatılanların saylarının bu qədər az olması özü-özlüyündə onların boyunlarına götürdükləri öhdəliklərin baş tutmamasını sərgilədi.

Radikallar saylarını “çox” göstərmək üçün hansı aldadıcı vasitədən istifadə edirlər?

Siyasi avantüraçılar isə azsaylı mitinqlərini öz təbirlərincə belə ört-basdır etməyə çalışdılar. Misal üçün, kənardan, habelə ətrafdakı binalardan çəkilən foto və videoçəkilişlərdən açıq-aydın görünürdü ki, aksiyaya qatılanların sayı o qədər azdır ki, hətta stadionun tən ortası belə dolmamışdı. Mitinqdə çıxış etmək üçün mikrofona da ehtiyac qalmamışdı, çünki həmin tədbiri yaxından izləyənlər də təsdiq edə bilərlər ki, insanların azlığı qarşılığında onlarla mikrofonsuz da danışmaq olardı.

Lakin Əli Kərimlinin və Cəmil Həsənlinin “Məhsul”a gəlmələrinin ardınca, bir neçə yüz nəfərin içindən, yəni sıx olan yerlərdən çəkilişlər aparanlar əsl mənzərini bu kimi aldadıcı vasitə ilə gizlətməyə çalışdılar. Ancaq fakt budur ki, stadiona giriş zamanı mitinqçilərin təhlükəsizliklərini qoruyan hüquq-mühafizə orqanlarının əməkdaşları əsl sayı rəsmi şəkildə mediaya açıqladılar. Bununla da “Milli Şura”nın siyasi avantüraçı “liderlərinin”, eləcə də dəstəkçilərinin pafoslu çıxışları yalanlandı.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə